Azərbaycanda polis əməkdaşı bıçaqlandı


Kriminal 20 Noy 2019 21:20:00 284 0

Azərbaycanda polis əməkdaşı bıçaqlandı

Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək  ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.