20 Noyabr Dünya Uşaq Hüquqları və Konvensiyası Günüdür


Digərləri 20 Noy 2019 21:14:00 358 0

20 Noyabr  Dünya Uşaq Hüquqları və Konvensiyası Günüdür

20 Noyabr - Dünya Uşaq Hüquqları və Konvensiyası Günüdür. Son.az medicina.az-a istinadən bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreşin bu əlamətdar gün münasibətilə bəyanatında deyilir: "Bütün dünyada uşaqlar daha dayanıqlı sülh uğrunda mübarizə apararaq öz gücünü və lider keyfiyyətlərini bizə nümayiş etdirirlər. Biz əldə olunan nəticələri yaxşılaşdırmalı və ilk növbədə, uşaqların maraqlarını nəzərə almalıyıq. Hər bir uşağın bütün haqları həyata keçirilməlidir".

Dünya Uşaq Hüquqları Günü BMT Baş Assambleyası tərəfindən 1959-cü ildə elan edilib. Hər il noyabrın 20-si tarixi planetimizdə qardaşlıq və uşaqların qarşılıqlı anlaşması, bütün dünyada azyaşlıların rifahının yaxşılaşmasına nail olunması günü kimi qeyd olunur. Məhz 1959-cu ilin bu günündə BMT Baş Assambleyası Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ildə isə Konvensiyasını qəbul edib.

Bu münasibətlə dünya ölkələrində keçirilən tədbirlərdə uşaqlarla birlikdə müəllimlər, valideynlər, siyasi və ictimai liderlər, din xadimləri, vətəndaş cəmiyyəti və özəl şirkətlərin nümayəndələri, jurnalistlər iştirak edirlər.