Lotereyada 135,8 milyon dollar udub


Digərləri 20 Noy 2019 21:04:00 284 0

Lotereyada 135,8 milyon dollar udub

Böyük Britaniya sakini EuroMillions lotereyasının 135,8 milyon dollar məbləğində cek-potuna sahib olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BBC yayım korporasiyası Birləşmiş Krallığın milli lotereyasının nümayəndəsinə istinadla məlumat yayıb. Bu, Britaniya adalarında alınmış biletlərin sahiblərinin cari ildə artıq altıncı uduşudur.

Oktyabrda Britaniya sakini EuroMillions lotereyasında krallıq tarixində rekord məbləğdə - 208 milyon dollardan çox pul udub. O, dərhal ölkənin ən varlı insanlarının The Sunday Times qəzeti tərəfindən tərtib edilən illik reytinqinə daxil olub. Cek-potun sahibi nəşrin 2019-cu il reytinqində müğənnilər Tom Consonu və Ed Şiranı qabaqlayıb.