Aptekdə qanunsuz psixotrop dərman satanların məhkəməsi başlayır


Sosial 20 Noy 2019 20:41:39 298 0

Aptekdə qanunsuz psixotrop dərman satanların məhkəməsi başlayır

Zaqatalada qanunsuz psixotrop dərmanların satışında təqsirləndirilən Xacay İsmayılova və Vasif Rəcəbovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Zaqatalada qanunsuz psixotrop dərmanların satışında təqsirləndirilən Xacay İsmayılova və Vasif Rəcəbovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki,Zaqatala Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında rayon ərazisindəapteklərdən birində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçünXacay İsmayılova saxlanılıb.

Aptekdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı daha 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Onunla birgə V.Rəcəbova da ittiham verilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.