QDİƏTin iclasında erməni təxribatının qarşısı alındı


Siyasət 20 Noy 2019 20:40:00 282 0

QDİƏTin iclasında erməni təxribatının qarşısı alındı

"Bu gün Bolqarstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşdü".

Son.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə öz Facebook hesabında paylaşıb. Aydın Mirzəzadə yazıb:  

"Ermənistandan olan bir deputat çıxışında "arsax"da "demokratik seçki keçirildiyini" elan etdi.

Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim.

Bildirdim ki, heç bir "arsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir".

Aydın Mirzəzadə eyni zamanda bildirib ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarını mütləq azad ediləcək.