Hadisə arıqlamaq üçün sərvət xərclədi


Digərləri 20 Noy 2019 20:39:00 268 0

Hadisə arıqlamaq üçün sərvət xərclədi

Son günlər ideal bədən quruluşu ilə diqqət çəkən türkiyəli məşhur müğənni Hadisə arıqlamaq üçün 30 min lirə (8 min 900 manat) xərcləyib.

Son.az ''ölkə.az''a istinadən xəbər verir ki, sənətçi arıqlamaq üçün xüsusi dietoloq və idman müəllimi tutub. Müğənni dietası ilə bağlı açıqlamasında hər səhər ərik qurusu, darçın çubuğu, cəfəri və alma ilə detoks suyu hazırladığını və bunun üçün 30 min lirə xərclədiyini bildirib. 

Qeyd edək ki, keçən il də arıqlamağa cəhd edən pop ulduza dietoloqu yanlış pəhriz yazdığı üçün bədən quruluşu pozulmuş və buna görə o, dietoloqunu məhkəməyə vermişdi.