Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü


Digərləri 20 Noy 2019 20:30:00 294 0

Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü

Cəlilabad rayonunda elektrik mantyoru bədbəxt hadisə nəticəsində ölüb.

Bakı. Samir Əli - Cəlilabad rayonunda elektrik ustası bədbəxt hadisə nəticəsində ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Xəlilabad kəndində baş verib. Rayonun Zopun kənd sakini, "Azərişıq" ASC-nin Cənub RETSİ-nin Cəlilabad Elektrik Şəbəkəsində elektrik ustası işləyən, 1990-cı il təvəllüdlü Rəciyev Qurban Ərəstun oğlu Xəlilabad kənd orta məktəbinin yaxınlığında həmin məktəbi elektrik enerjisi ilə təmin edən transformatora daxil olan elektrik naqillərini saxlayan dirəyə çıxaraq təmir işləri ilə əlaqədar kəsdiyi naqilləri bir-birinə bağlayarkən onu elektrik cərəyanı vurub. Q.Rəciyev hadisə yerində dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin