“Dəvə yunu bütün əzələ ağrılarına xeyirdir, bel və qol ağrılarını kəsir"


Şou-biznes 20 Noy 2019 20:14:00 328 0

“Dəvə yunu bütün əzələ ağrılarına xeyirdir, bel və qol ağrılarını kəsir"

"Xəzər" TV-də yayımlanan "5/5" proqramında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evindən canlı bağlantı edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu zaman məlum olub ki, sənətçi illərdir dəvə yunundan olan döşəkdən istifadə edir.

Bunun səbəbini isə onun həyat yoldaşı Gülü açıqlayıb:

"Dəvə yunu bütün əzələ ağrılarına xeyirdir, bel və qol ağrılarını kəsir. Ona görə də Rəmiş o döşəkdə yatır".