''Kök olduğumu mən də bilirəm''


Digərləri 20 Noy 2019 19:54:00 296 0

''Kök olduğumu mən də bilirəm''

Məşhur müğənni Selena Qomez ona kök deyənləri cavabsız qoymayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, xəstə olduğuna görə bir müddətdir karyerasından uzaqlaşan müğənni son günlərdə oxuduğu ''Lose you to love me'' mahnısı ilə yenidən gündəmə gəlib. Lakin müğənni mahnısından çox artıq çəkisi ilə ilə müzakirə obyektinə çevrilib.

Belə ki, Selena ona kök deyənlərə belə cavab verib:

''Mən uzun illərdi ''Lupus'' xəstəliyindən əziyyət çəkirəm. Böyrək və yüksək təzyiq problemim var. Son zamanlarda çəkimdə olan artımları mən də hiss edirəm. Lakin qəbul etdiyim bəzi dərmanlara görə qarşısını ala bilmirəm. Hansı ki həmin dərmanları ömür boyu içməliyəm".