Dünyanın ən az inkişaf etmiş 47 ölkəsi


Digərləri 20 Noy 2019 19:44:00 353 0

Dünyanın ən az inkişaf etmiş 47 ölkəsi

BMT dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin siyahısını təqdim edib.

Son.az Trend-ə istinadən bildirir ki, siyahı Ticarət və İnkişaf üzrə BMT-nin Konfransının ən az inkişaf etmiş ölkələri üzrə hesabatında yer alıb.

Siyahıda, əsasən Afrika ölkələri, o cümlədən Anqola, Benin, Burkina-Faso, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Cibuti, Eritreya, Efiopiya, Qambiya, Madaqaskar, Mali, Sudan, Cənubi Sudan, Uqanda, Zambiya yer alıblar.

Siyahıya, həmçinin Okeaniya dövlətləri - Kiribati, Tuvalu, Vanuatu, Solomon Adaları da daxil ediliblər.