Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Digərləri 20 Noy 2019 19:42:00 414 0
Mərkəzi Bankın 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı.
20 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103376S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 661,610,000.00 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000.00 AZN təşkil edib.
Mənbə: az.trend.az