Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzzülə qarşı hazırlıqlı deyil


İqtisadiyyat 20 Noy 2019 18:35:05 354 0

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzzülə qarşı hazırlıqlı deyil

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzülə qarşı hazırlıqlı deyil

İnkişaf etməkdə olan ölkələr təxminən 10 il əvvəl qlobal iqtisadi böhran dövründə olduğu kimi indi dəiqtisadi tənəzzülə qarşı hazırlıqlı deyil. Onlar təcili olaraq iqtisadiyyaınrisklərə qarşı müdafiəsini artırmalıdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.

"Bu ölkələr qismən artan borclar, ixracınvə daxili iqtisadi artımın azalması səbəbi ilə xarici şoklara qarşı daha həssasdır", - sənəddə qeyd olunub.

Bununla belə, hesabatda əksər ölkələrin1997-ci ildən bəri inflyasiyanın hədəflənməsi rejiminəkeçməsi və daha yaxşı maliyyə siyasəti yürütməsi müsbət amil kimi vurğulanıb.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) ötən ay 2019-cu il üzrə iqtisadi artım proqnozunu 3%-ə endirib ki, bu da 10 illik minimumun yenilənməsi deməkdir. Dünya Bankı isə iyun ayında qlobal iqtisadi artım proqnozunu 2,6%-ə endirib.