Göyçayda tələbəni maşın vurub


Digərləri 20 Noy 2019 18:34:00 309 0

Göyçayda tələbəni maşın vurub

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən əbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçən piyada, kollecin tələbəsi, 2004-cü il təvəllüdlü Məmmədov Əli İlqar oğlunu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.