Şəkidə yük maşınına ot yığan 51 yaşlı kişi yıxılıb öldü


Digərləri 20 Noy 2019 18:39:00 331 0

Şəkidə yük maşınına ot yığan 51 yaşlı kişi yıxılıb öldü

Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun dağlıq ərazisində, Sarıca düzənliyi deyilən yerdə baş verib.

Şəki rayonu Baş Göynük kənd sakini, 1968-ci il təvəllüdlü Zamanov Adil Nöbər oğlu həmin ərazidə "Zil" markalı yük avtomobilinə ot bağlaması yığarkən hündürlükdən yerə yıxılıb. Nəticədə kəllə sümüyünün sınığı və beyin əzilməsi xəsarətləri alan A.Zamanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.