Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


Digərləri 20 Noy 2019 18:35:00 316 0

Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb

Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb

Bakı. Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun “Global Terrorism Index 2019” reytinqində deyilir. Azərbaycan bu reytinqdə 103-cü yerdə qərarlaşıb. Terrorçuluq səviyyəsinə görə ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya hesab olunub. Reytinqdə qeyd olunub ki, terrorçuluq nəticəsində ölüm halları dörd il ardıcıl azalmaqdadır. 2018-ci ildə 103 ölkədə azı 1 terror aktı törədilib, 71 ölkədə isə ölüm qeydə alınıb. Terrorçuluq səviyyəsinə görə ən təhlükəsiz ölkələr arasında Belarus, Rumıniya, Xorvatiya Kuba kimi ölkələr yer alıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin