Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib


İqtisadiyyat 20 Noy 2019 18:21:46 318 0

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Avropa Komissiyası Avropa İttifaqına daxil olan 8 ölkənin -Fransa, İtaliya, İspaniya, Belçika, Portuqaliya, Sloveniya, Slovakiya və Finlandiyanın 2020-ci il üzrə dövlətbüdcəsi layihələrinin müəyyən edilmişqaydalarına uyğun olmadığını müəyyən edib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Komissiya həmin ölkələrinyüksək dövlət borcunun olduğunu bəyan edərək onlarıehtiyatlımaliyyə siyasəti yürütməyə, aşağı faiz dərəcəsindən faydalanaraq borclarını azalmağa çağırıb.

Xatırladaq ki, İttifaq qanunlarına görə, üzv ölkələrin büdcə kəsri ÜDM-in 3%-dən, dövlət borcları ÜDM-in 60%-dən çox olmamalıdır. Əks təqdirdə, bu ölkəyə intizam tədbiri tətbiq edilə bilər.