Planetimizdəki ilk quşun qalıqları tapıldı


Dünya 20 Noy 2019 17:59:00 300 0

Planetimizdəki ilk quşun qalıqları tapıldı

Yaponiyalı ornitoloqlar 120 milyon il əvvəl yaşayan quşun necə göründüyünü göstəriblər. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, lələklilər fəsiləsinin nümayəndəsinin dinozavrlarla eyni dönəmdə həyat sürdüyü ehtimal edilir. Bu da onun sonradan kərtənkələyə təkamül edən quşlar sinfinin ilk nümayəndəsi olduğunu göstərir.

İlk quşa Fukuki prefekturasının şərəfinə "Fukuipteryx prima" adı verilib. Onun daşlaşmış sümüklərinə məhz bu ərazidə rast gəlinib. Lakin alimlər öz aralarında ilk quşu görünüşünə və rənginə görə göyərçin adlandırırlar.

Elm adamları onun dinozavrlar kimi ibtidai olduğunu düşünürlər: o, yaxşı uça bilməyib, sadəcə, qısa məsafələrdə bir yerdən başqa yerə qanad çalıb.