“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta”nın səhmdarı nizamnamə kapitalını azaldır


İqtisadiyyat 20 Noy 2019 17:21:23 298 0

“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta”nın səhmdarı nizamnamə kapitalını azaldır

“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin müvafiq olaraq 37,5%, 33,85% və 50%-nə nəzarət edən “Euro Standard” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin müvafiq olaraq 37,5%, 33,85% və 50%-nə nəzarət edən “Euro Standard” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, şirkətin kapitalının hazırda nə qədər olması və nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o bildirilib ki,“Euro Standard”ın kreditorları “PAŞA Holdinq” MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.