Bu binanın sakinləri niyə susuz qalıb?


Digərləri 20 Noy 2019 17:30:00 281 0

Bu binanın sakinləri niyə susuz qalıb?

Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır. Söhbət Xətai rayonu Zığ şosesi, bina 31-dən gedir.

Son.az xəbər verir ki, Xətai Rayon Sukanal İdarəsinin rəisi Etibar İbrahimov Trend-ə bildirib ki, su borularının köhnəlməsi səbəbindən binanın bir hissəsi susuz qalıb.

Onun sözlərinə görə, yaxın günlərdə problemin həll ilə bağlı işlər başlayacaq:

"Artıq müvafiq tədbirlər görülüb və xətlərin dəyişdirilməsi üçün yeni materiallar sifariş verilib. Sifarişlər gələn kimi, ilk əlverişli hava şəraitində bu işlərə start veriləcək".