Bu binanın sakinləri niyə susuz qalıb? - Müvafiq qurumlardan CAVAB


Digərləri 20 Noy 2019 17:11:00 226 0

Bu binanın sakinləri niyə susuz qalıb? - Müvafiq qurumlardan CAVAB

Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır.

Bakı. Ceyhun Ələkbərov - Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır. Söhbət Xətai rayonu Zığ şosesi, bina 31-dən gedir. Xətai Rayon Sukanal İdarəsinin rəisi Etibar İbrahimov Trend-ə bildirib ki, su borularının köhnəlməsi səbəbindən binanın bir hissəsi susuz qalıb. Onun sözlərinə görə, yaxın günlərdə problemin həll ilə bağlı işlər başlayacaq: "Artıq müvafiq tədbirlər görülüb və xətlərin dəyişdirilməsi üçün yeni materiallar sifariş verilib. Sifarişlər gələn kimi, ilk əlverişli hava şəraitində bu işlərə start veriləcək". (adsgarden = window.adsgarden || []).push({}); Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da Trend-ə bildirib ki, binaya gedən borular qəzalı vəziyyətdədir, ancaq onların yenilənməsi ilə bağlı tapşırıqlar verilib: "Yaxın vaxtlarda bütün problemlər aradan qaldırılacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin