Azərbaycana turist axını 11% artıb


Digərləri 20 Noy 2019 17:06:40 297 0

Azərbaycana turist axını 11% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq təqribən 2,7 milyon nəfərə çatıb

Bu ilin yanvar-oktyabr aylarındaAzərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq təqribən 2,7 milyon nəfərəçatıb.

Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Məlumatda deyilir ki, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51,9%-ni təşkil edir.

Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47,9% və 37,8% artım müşahidə edilib.

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24,7% artım deməkdir.

Ən yüksək artım 74,3%-lə İran və 65,1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9,6 min nəfər və yaxud 18% artım) və Rusiyadan (9,2 min nəfər və ya 14.,% artım) gələnlər arasında müşahidə edilib.