2019cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq


Digərləri 20 Noy 2019 17:07:00 341 0

2019cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq.

Son.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səyahət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb.

Bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycana səyahət edənlərin 51.9%-ni təşkil edir.

Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib.