Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi


Digərləri 20 Noy 2019 16:54:00 341 0

Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi

Bir həftədir bir-birinin ardınca tanınmış teleaparıcı Elçin Əlibəyli ilə bağlı mənfi xəbərlər medianın gündəmindən düşmür. Gah aparıcının televiziyadan qovulduğunu yazırlar, gah da həyat yoldaşı tərəfindən döyüldüyünü. Nə baş verir?

Son.az bildiri ki, Baku.ws bütün bu suallara cavab tapmaq üçün E.Əlibəylinin xanımı Dilrubə Vaqifqızı ilə müsahibə edib:

- Dilrubə xanım, həyat yoldaşınızla bağlı hər gün yeni xəbər yazılır və sizin də adınız hallanır. Nə baş verdiyini izah edə bilərsinizmi?  

- Əslində Elçin də, mən də dünəndən yetərincə açıqlama vermişik. Araşdırırıq görək bu olmayan şeyləri kim və hansı məqsədlə yayır. Kərim kimilərin söylədikləri, Space TV-dən qovulma məsələsi təbii ki, şərdir. Mən dünən - bu söhbətdən, yəni yalançı döyülmə xəbərinin yayılmasından 1 saat əvvəl Bakıya gəlmişəm. Bu axşam elə Elçinlə bərabər İstanbula uçuruq. Haradasa 20 günlük telefonlarımızı söndürəcəyik. Bu məsələ artıq bizim üçün mənasızlaşıb. Axşamdan o xəbərlərə və yazılan şərhləri oxuyub gülürük.

- Elçinin Space TV-dən qovulma xəbəri də yalandır? -Əlbəttə! Mən Bakıya çatanda Elçin çəkilişdə idi. Gələndə də mənə demişdi ki, saat 12-də çəkilişi var. Bakıya çatanda zəng vurub soruşdum ki, sən Space-dən çıxmısan? Dedi ki, nə danışırsan, veriliş çəkirəm. 

- Bəs bu döyülmə məsələsi nədir? - Mən ümumiyyətlə İstanbuldayam. Biz özümüz də məəttəl qalmışıq, bunu necə edə bilərlər? Şayiə var, yalan var, daha bu qədər də yox! Bizimlə nə qəsdi-qərəziniz var? Yaxşı ki, mənim orada olmağımı təsdiqləyən azərbaycanlılar var. Orada dəqiqəbədəqiqə danışdığım azərbaycanlı dostlarım təsdiqləyər ki, mən Bakıya o xəbər yayılandan sonra gəlmişəm. Yaxşı ki, İnstagram-da İstanbuldan "story"lər paylaşmışam. Dostlarım dünəndən yazırlar ki, sənin əlin İstanbuldan Bakıya çatır? İnanın ki, gülürük. Bu media niyə bu gündədir?

- İstanbulda magistr təhsili aldığınızı bilirəm. Elçin bəy bu ayrılığa necə razı oldu? - Zatən biz İstanbula köçürük. Axırıncı dəfə Bakıya oktyabrın 20-də gəlmişdim və 5 gün burada qaldım. Sənədlərə görə mənim gəlməyim şərt idi. Magistraturada dərslər həftədə 2 gün olur. İmtahan dönəmini başa vurub Bakıya rahat gələcəkdim. Dekabrın 5-i Elçinin, 7-i mənim doğum günümdür. Doğum günlərimizdə burada olacaqdım. Daha sonra 1-ci semestri başa vurub, yanvarın 20-dən sonra Bakıya gəlib, Türkiyəyə bərabər geri dönməyi planımız vardı. Vardı deyəndə, o fikir yenə də var. Biz verilişi yanvarda yekunlaşdırmağı və Elçinlə bərabər Türkiyəyə köçməyi planlaşdırmışıq.