AzTV tender elan etdi


Digərləri 20 Noy 2019 16:45:00 356 0

AzTV tender elan etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satın alınması məqsədilə açıq tender elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www. etender. gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsun və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.