Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək


Dünya 20 Noy 2019 16:49:00 361 0

Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək

Adolf Hitlerin Avstriyada anadan olduğu bina polis bölməsinə çevriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avstriya Daxili İşlər Naziri Volfqanq Pesçorn deyib. 

O bildirib ki, bu addım əmlakın nasizmi xatırlatmamağı üçün atılıb.

Hökumət sağçıların ziyarətini dayandırmaq üçün uzun illər bu binanı keçmiş sahibindən icarəyə götürüb. 2014-cü ildə hökumətin bu binanı qaçqınlar üçün mərkəzə çevirmək planı isə nəticəsiz qalıb.

2016-cı ildə hökumət 810 min avro ödəyərək binanı almaq məcburiyyətində qalıb.