Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub


Digərləri 20 Noy 2019 16:35:00 255 0

Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 702 doğulan körpə qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalır.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.