AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib (FOTO)


Digərləri 20 Noy 2019 16:03:00 268 0

AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib (FOTO)

Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub.

Bakı. 19 noyabr tarixində Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub. "AzerTelecom"dan Trend-ə verilən məlumata görə, TransCaspian Fiber Optic – Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorlarının Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı iri miqyaslı layihəsidir. AzerTelecom, Transtelecom və KazTransCom rabitə operatorları arasında 2018-ci ildə müvafiq üçtərəfli müqavilə imzalanıb. 19 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib. Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 km. təşkil edəcək. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. TransCaspian Fiber Optic hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri Qazaxıstan ərazisində işlərə başlanılmasına dair mərasimdə iştirak ediblər.