Ağstafada 5 aylıq körpə soyuqdəymədən ölüb


Sosial 20 Noy 2019 15:43:57 243 -1

Ağstafada 5 aylıq körpə soyuqdəymədən ölüb

Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.

Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları,2019-cu il təvəllüdlü TuranQasımov evdə dünyasını dəyişib.

Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı "Report"a bildirib ki, bununla bağlıonlara və ya Ağstafa rayon təcili tibbi yardım briqadasına məlumat daxil olmayıb: "Biz bu məsələdəndaha sonra xəbər tutduq və evə getdik, vəziyyətlə maraqlandıq. Valideynləri körpənin axşam süd əmdiyini, bir az oynadıqdan sonra da yatdığını, ancaq səhər oyandıqda öldüyünü gördüklərini dedilər. Bundan sonra da körpəni dəfn ediblər".

Onun sözlərinə görə, körpə həkim məntəqəsindəyalnız iki aylığında yoxlanışda olub: "Həmin vaxtuşaqda ciddi problem olmasa da,nevropatoloqa göstərilməsini məsləhət görmüşdük. Bundan sonra məntəqəmizə müraciət edilməyib.Valideynləri də övladlarında hansısaxəstəlik əlamətinin müşahidə edildiyi barədəheç bir məlumat verməyiblər".

Həkim deyib ki, uşağın soyuqdəymədən öldüyü ehtimal edilir:"Evləri soyuq və şəraitsiz idi. Körpəyə dəbu səbəbdən soyuq dəydiyi ehtimal olunur. Yəqin ki,valideynləri daxili qızdırmasının olduğunu bilməyiblər. Nəticədə körpəölüb. Təbii ki, bütün bunlar, sadəcə, ehtimaldır. Çünki körpəni dəfn etdiklərindənheç bir ekspertiza keçirilməyib".

Qeyd edək ki,Tural Qasımov və Kəmalə Məmmədovanın evi qəsəbənin kənarında yerləşir. Evdə yaşayış üçün şərait, demək olar ki, yoxdur. Həttaotaqların bəzilərinin qapı-pəncərəsi belə yoxdur. Onlarınəvəzinə, kilim və ya palaz vurulub. Ailənin daha üç övladı (1 qız, 2 oğlan) belə bir şəraitdə yaşayır. Onlardan ikisi məktəblidir, birinin isə 4 yaşı var.