İsrailin yeni səfiri sabah Azərbaycana gəlir


Digərləri 20 Noy 2019 15:29:30 237 0

İsrailin yeni səfiri sabah Azərbaycana gəlir

İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək

Bakı. İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək. Bunu Trend-ə İsrail səfirliyindən bildiriblər. O, bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək. Qeyd edək ki, C.Dik bundan əvəllər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib. Nazirlikdə 2008-ci ildə işə başlayan C.Dik İsrailin Nigeriya və Norveçdəki səfirlərinin müavini olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin