Boliviyada neftayırma müəssisəsinin yaxınlığında atışma olub, 6 nəfər ölüb


Dünya 20 Noy 2019 15:11:32 306 0

Boliviyada neftayırma müəssisəsinin yaxınlığında atışma olub, 6 nəfər ölüb

Boliviyada neftayırma müəssisənin yaxınlığında atışma olub, 6 nəfər ölüb

© REUTERS / Henry Romero

Boliviyanın El-Alto şəhərində yerləşən və paytaxt La-Pas şəhərini təchiz edən “Senkata” neftayırma müəssisəsi yaxınlığında sabiq prezident Evo Moralesin tərəfdarları olan nümayişçiləriləpolis və hərbçilər arasında baş verənqarşıdurma zamanı 6 nəfər ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yanacaq yüklü karvan paytaxta göndərilərkən nümayişçilər müəssisəni nəzarətə götürmək üçün divarı dinamitlə partladandan sonra baş verib. Bundan sonra içəridəki təhlükəsizlik qüvvələri atəş açıb, daha sonra hərbi maşın və helikopterlər vasitəsilənümayişçiləri dağıdıblar.

Bundan əvvəl hadisədə 3 nəfərin öldüyü, 22 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, müəssisə keçmiş dövlət başçısının tərəfdarlarının mühasirəsində olduğu üçün noyabrın 14-dən YPFB milli neft-qaz şirkəti paytaxt bölgəsinə benzin, dizel yanacağı, maye qaz tədarükünü dayandırıb. Nəticədə paytaxt La-Pasda ictimai nəqliyyat iflic olub.