Ayı avtomobilin qapısını açıb,


Digərləri 20 Noy 2019 15:18:00 247 0

Ayı avtomobilin qapısını açıb,

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə ayının yol kənarında dayanan avtomobilə daxil olaraq, içərisində yuxuya getməsi əks olunub.

Kadrlar ABŞ-ın Kaliforniya ştatında Taho gölünün yaxınlığında çəkilib. Adam Armstrong adlı şəxs avtomobilini qapısı açıq vəziyyətdə qoyaraq yatmağa gedib.

O, ayılanda avtomobilinin qapısının açıq olduğunu görüb. Təhlükəsizlik kamerasına düşən görüntüləri izləyən kişi təəccüblənib.

Belə ki, görüntülərə görə meşə ayısı onun "Subaru" markalı avtomobilinin arxa sərnişin qapısını açaraq maşına daxil olub və orada yatıb.