Əməkdar artist 7 aylıq körpəsini itirdi


Şou-biznes 20 Noy 2019 14:51:00 326 0

Əməkdar artist 7 aylıq körpəsini itirdi

Əməkdar artist Zakir Əliyev övladının itkisindən danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ATV kanalında yayımlanan "Şou ATV" verilişinin qonağı olan ifaçı 2011-ci ildə vəfat edən 7 aylıq körpəsinin ölümündən danışıb:

"Allah heç bir valideyni övladla imtahana çəkməsin. Mən bu barədə birinci dəfədir danışıram. Övladım dünyaya gələndə tamam dəyişilmişdim, evə bağlanmışdım. Hara gedirdimsə, evə qayıtmağa tələsirdim. Övlad itkisi hər zaman valideynin qəlbində köz kimi qalır, ömrünün sonuna qədər onu yandırır. Fərqi yoxdur kiçik yaşda olsun, ya böyük. Övladım qucağımda boğuldu. Ata hər zaman övladın gözündə ən güclü insandı. Körpə qucağımda boğulanda, digər övladlarım qışqırdı "Ata qoyma boğulsun!". Çox əfsus ki, mən o an heç nə edə bilmədim, əlimdən heç nə gəlmədi. Təcili yardım gələndə artıq gec idi, övladım qucağımda keçinmişdi. O, sanki, Allah tərəfindən bizə göndərilən bir mələk idi, sanki gəldi evimizin bütün dərd, qəmini apardı. Çox ağır bir hissdir. Sonra öz əlimlə onu bağladım, kəfənlədim".