Ruhani: "İran xalqı tarixi sınaqdan başıuca çıxdı"


Dünya 20 Noy 2019 14:42:00 299 0

Ruhani: "İran xalqı tarixi sınaqdan başıuca çıxdı"

İran xalqı başqa bir tarixi sınaqdan başıuca çıxdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran xalqı bütün iqtisadi problemlər fonunda düşmən dəyirmanına su tökülməsinə icazə vermədi.

"İran vətəndaşlarının iğtişaşçılara qarşı Təbriz və Zəncan şəhərlərindən başlayan və digər şəhərlərdə keçirilməkdə olan könüllü aksiyaları onun qüdrətini, ayıq-sayıqlığını, hakimiyyətlə həmrəy olduğunu əks etdirir".