Məişət tullantılarının daşınması ilə bağlı layihə gələn il daha üç rayonda həyata keçiriləcək


Digərləri 20 Noy 2019 14:46:00 257 0

Məişət tullantılarının daşınması ilə bağlı layihə gələn il daha üç rayonda həyata keçiriləcək

2021-ci ilin sonunda Bakının 7 rayonunda bu layihə yayılmış olacaq.

Bakı. Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonda - Nizami, Yasamal və Nəsimidə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu layihəyə həsr edilən mətbuat konfransında Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon deyib. O bildirib ki, sonrakı illərdə isə layihə digər rayonlarda da həyata keçiriləcək: "Nərimanov rayonunda 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində kağız və karton tullantıları 25 faiz olub. Bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb". Layihə rəhbəri bir sıra çatışmazlıqların olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə proseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri hallarıdır: