Rusiyada faşist erməniyə qoyulan abidə - Krasnodar Ermənistan deyil - ŞƏRH


Digərləri 20 Noy 2019 14:36:18 273 0

Rusiyada faşist erməniyə qoyulan abidə - Krasnodar Ermənistan deyil - ŞƏRH

Görəsən, Rusiya Yonas Noreykaya Leninqradda, yaxud Kalininqradda heykəl qoyulmasına icazə verərmi?

Təəssüf ki, erməni etnik qrupunun milli ideoloqları hamıya şübhə ilə yanaşan, hər nəsnənin ondan başladığını iddia edən, qosqocaman türk millətini özünə düşmən sayan bir cəmiyyət yetişdirir.İllər əvvəl yaradılan siyasi-ideoloji sistem indi də Ermənistanda və ondan xaricdə ermənilər arasında təbliğ edilir. Dünya isə bir-birinə yaxınlaşır, əməkdaşlıq edir. Millətlər arasında düşmənçiliyin saxlanılmasına cəhd, onu təbliğ etmək regional əməkdaşlığa mane olur, təhlükəsizliyi təhdid edir.

Əslində, əxlaqlı və tərbiyəli insanlar etnosuna, qonşusuna xeyri olanları uzlaşdırmaqla əməkdaşlığa çalışırlar.Ancaq Ermənistanın keçmiş və indiki rəhbərləri tarixin belə unutduğu şəxsləri və hadisələri yada salmaqla mənsub olduqları etnik qrupda hamıdan şübhələnmə xofu, paranoidlik yaradırlar. Ermənistanın keçmiş prezidenti və 30 günlük baş naziri Serj Sarqsyanın hakimiyyəti dövründə faşist Qaregin Yegişeviç Ter-Arutyunyan (Qaregin Njde) adlı erməniyə Yerevanda abidə qoyulması, indiki baş nazir Nikol Paşinyanın bu hitlerçini təbliğ etməsi yuxarıda qeyd etdiyimizi təsdiqləyir.Belə çıxır, Ermənistanda normal, sivil dünyanın müsbət qəbul etdiyi lider və qonşularla xoş münasibət qurmağa layiq insan, bütöv şəxsiyyət boşluğu var. Yaxud ermənilərin bütün liderləriəlacı olmayantürk düşmənçiliyi ideyasına yoluxdurulublar. Erməni liderlər bu xəstə ideya ilə yeni nəsil yetişdirirlər. Nəticədə regional və beynəlxalq təhlükəsizlik üçün təhlükə yaradırlar. Bu etnosa mənsub olan ASALA terror təşkilatını yada salmaq kifayətdir.

Ümumiyyətlə, NikolPaşinyan və onun kimi düşünənlər faşist Almaniyasının əlaltısını “dövlət xadimi” kimi təqdim etməkdən yorulmur. İş o yerə çatıb ki, Paşinyan Njdeni Böyük Vətən Müharibəsinin qəhrəmanlarından sayılan, Sovet İttifaqı marşalı, Sovet İttifaqı Qəhrəmanı İvan Baqramyanla eyniləşdirir. Ermənistan hökumətinin başçısı iddia edir ki, onların “hər ikisi Ermənistan uğrunda mübarizə aparıb”. Bu, Ermənistan uğrunda necə mübarizədir? Biri Hitler Almaniyasına, digəri isə Sovet İttifaqına işləyib. Njde Hitlerin əlaltısı olub, Baqramyan isə faşizmə qarşı mübarizə aparan ölkənin başçısı Stalin tərəfdən döyüşüb.Buna “Paşinyan məntiqi”, yaxud “Njdenin davamçılarından bundan artığını gözləmək əbəsdir” deyib vaz keçmək də olar.Təəssüf ki. Bu ziddiyyətli baxışın sahibi erməni etnosuna başçılıq edib, onu müdafiə edir.

BəsNjde kimdir? Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən Müharibəsi” ensiklopediyasının “Böyük Vətən Müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. O, Böyük Vətən Müharibəsi illərində Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. O, 1942-ci ildə Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib”.Qeyd edək ki,2016-cı ilin iyununda Yerevanda faşist Njdeyə heykəl qoyulub. Onda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın buna təəccübləndiyini bildirmişdi: “Bizim nasizm, faşizm, yeni nasizm və ekstremizmin istənilən şəkildə təzahür etməsi və qəhrəmanlıq kimi qələmə verilməsinə münasibətimizi hamı yaxşı bilir. Bu, beynəlxalq sənədlərdə də öz təsdiqini tapıb. Bu, heykəlin qoyulmasının səbəbi bizim üçün də aydın deyil”.Cari il mayın 9-da isə Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda faşizm meyillərinin gücləndiyini vurğulayan bəyanatla çıxış etmişdi.Nazirlik “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizm və irqçilik, irqi ayrıseçkilik, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini açıqlayıb.Rusiya XİN həmin açıqlamada milliyyətçiliyin qəhrəmanlıq kimi təqdim edilməsi, müasir irqçilik, irqi ayrıseçkilik, ksenofobiya və onunla əlaqədar yaranan dözümsüzlüyün gərginlik yaradan amillər olduğunu bəyan edib. Həmin sənəddə Ermənistan da daxil olmaqla 40-dan çox ölkədəki siyasi, ictimai vəziyyət təhlil edilib.Məruzədə Ermənistanla bağlı məqam xüsusi diqqət çəkir. Sənəddə vurğulanıb ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası, barəsində Üçüncü Reyx ilə əməkdaşlıq haqqında informasiya olan erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb.Məruzədə Ermənistanın keçmiş hakimiyyətinin faşist Almaniyası ilə əməkdaşlıq edən şəxsin adını əbədiləşdirərək faşizm meyillərinin güclənməsinə səbəb olduğu bildirilib.Həmçinin “böyük Ermənistan” yaratmaq xülyasında olan ''Sasna Srer'' Partiyasına (bu partiya erməni nasistləri sayılır, 2016-cı ildə polis polkunun silah yolu ilə ələ keçirmiş silahlı dəstədir - S.İ. ) da sənəddə geniş yer verilib.Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiya Xarici İşlər Nazirliyinin mayın 9-da yaydığı hesabata münasibət bildirərkən deyib: “İkinci Dünya müharibəsi zamanı faşistlər, Üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəl Serj Sarqsyanın prezidentliyi dövründə qoyulüb, milliyyətçi “Sasna Srer” isə siyasi təşkilat kimi 2018-ci ilin payızında qeydiyyata alınıb”.A.Naqdalyanın 6 ay əvvəl verdiyi açıqlama ilə Nikol Paşinyanın Baqramyan-Njde cütlüyü ideyası bir-birini təkzib edir. Belə çıxır, Ermənistan cəmiyyətində və hökumətində heç də hamı tarixə Paşinyan məntiqi ilə yanaşmır.

Yeri gəlmişkən,Bakıda keçirilən dini liderlərin toplantısında Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuper isəErmənistanda antisemitizmin mövcud olduğunu bildirib. Yəhudi din xadimi Njdeyə heykəlin qoyulmasını mühakimə edərək onu “faşizmin əlaltısı” adlandırıb. Mərkəzin başçısı isə həyatını faşist cinayətlərinə qarşı mübarizəyə və Holokosta həsr edən ravvin Xierdir.Rusiya XİN-in yaydığısənəddə isə Azərbaycanda neonasizm, irqçilik, irqi ayrıseçkilik və ksenofobiya praktikasının olmadığı vurğulanıb: “Azərbaycan rəhbərliyi ölkəsini müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerant şəraitdə birlikdə yaşaması və fəaliyyətini təmin edir”.

Bu aradaRusiya ictimaiyyətinin nümayəndəsi, Krasnodar diyarının Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Njdenin xatirə lövhəsinin üzərinə boya töküb.Deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.Vinoqradov seçkili orqanın təmsilçisidir. Deməli, onun hərəkəti həm də sosial sifarişdir. Ermənistan mətbuatı və KİV-in həmin hadisə ilə bağlı hay-küy qoparması anlaşılan deyil.

Nəhayət,RusiyaBalitikyanı respublikaların istənilən birində faşistlərlə əlaqəsi olmuş və milli azadlıq hərəkatının nümayəndəsi kimi təqdim edilən şəxsin adının əbədiləşdirilməsinə sərt münasibət bildirir. Nijde ilə müqayisə qüsurlu olsa da, rəsmi Kreml“Litva kollaborasionisti” (faşistlərlə əməkdaşlıq etmiş) Yonas Noreykaya Vilnüsdə heykəlin qoyulmasına sərt reaksiya vermişdi. O, yəhudilərin qətlində ittiham olunur. Görəsən,Rusiya Yonas Noreykaya Leninqradda, yaxud Kalininqradda heykəl qoyulmasına icazə verərmi? Təbii ki yox. Onda Njdeyə Krasnodar hökumətində belə xoş münasibət hardan yaranıb? Bu erməni faşist Rusiyanın inkişafına və ya onun demokratikləşməsinə nə kimi töhfələr verib? Bəlkə Rusiyanın müasir dövlət olmasında böyük xidmətlər göstərib? Təbii ki, bu sualların bir cavabı var: Yox.Krasnodar diyarının ərazisində erməni etnik qrupunun nümayəndələri çoxdur. Ancaq bu, Rusiyanın bu ərazisinin erməni etnik qrupuna aid olması demək deyil. Başqa sözlə, Krasnodar Rusiyanın ərazisidir. Bu baxımdan, həmin bölgədə ermənilərin istəyi həyata keçirsə, hətta faşistlərin əlaltısının xatirəsi əbədiləşdirilirsə, deməli, perspektivdə təhlükəsizlik və ərazi bütövlüyü baxımından Moskvanı bu bölgədə ciddi təhdid gözləyir.Təəssüf ki, Rusiyada erməni fitnəsinə uyanlar da var.

Azərbaycan Prezidentiİlham Əliyev Aşqabad sammitində bildirmişdi ki, MDB ölkələrində faşistlərin qəhrəmanlaşdırılmasına qarşı üzv dövlətlərin başçıları dəfələrlə çıxışlar edib: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.

Cari il oktyabrın 27-də Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün Yekun Sənədində dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınayıblar.

Beləliklə, 2020-ci il mayın 9-da Böyük Vətən Müharibəsinin75-ci ildönümüdür. Bu müharibədə ən çox itki verən və əziyyət çəkən tərəflərdən biri Rusiyadır. Faşistlərlə əlbir olmuş Njdenin xatirə lövhəsi Rusiyada qalacaqmı? Yaxud Yerevanda bu abidənin qalması Böyük Vətən Müharibəsinin başa çatmasını qələbə günü olaraq qeyd edən MDB sakinlərinə təhqir deyilmi? Hər halda erməni faşistin xatirəsinin yad edilməsi və ona heykəl, lövhə qoyulması Böyük Vətən Müharibəsi iştirakçılarının sağ qalanlarına, ölənlərin ruhlarına, Holokost qurbanlarının xatirəsinə hörmətsizlikdir.

Njdenin əsas şüarı bu olub: “Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır”. Bir millətə qarşı mübarizəni özünə əsas şüar edənin (edənlərin) bir adı var - faşist. Hitlerçilərin əlaltısının təbliğatı ilə böyüyənlər və onu müdafiə edənlər 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin üzərində 300 metr yüksəklikdə uçan "Mİ-8 N72" helikopterini vurublar. Bu hadisə nəticəsində 22 nəfər həlak olub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək