Bu il Azərbaycanda 46 mindən çox cütlük evlənib


Digərləri 20 Noy 2019 14:24:00 329 0

Bu il Azərbaycanda 46 mindən çox cütlük evlənib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Ünmumilikdə Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edir. 2018-ci il ərzində Azərbaycanda 14 857 boşanma qeydə alınıb.

Boşananların 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib.