Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib
Digərləri 20 Noy 2019 14:28:00 422 0
Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.
Bakı.
Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.
Trend-in məlumatına görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.
İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.
Qeyd edək ki, Şuranın növbəti iclası Bakıda keçiriləcək.
Mənbə: az.trend.az