"Mən Instagramda paylaşıram, amma sizə icazə vermirəm"


Şou-biznes 20 Noy 2019 14:10:00 333 0

"Mən Instagramda paylaşıram, amma sizə icazə vermirəm"

Rəqqasə Fatimə Fətəliyeva müzakirələrə səbəb olacaq qərar verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış sima İnstaqram-da mətbuat nümayəndələrinə müraciət edərək onun şəxsi həyatı barədə yazıların və övladlarının fotolarının dərc edilməməsini istəyib:

"Sizdən əvvəlcə xahiş edirəm. Ailəm və övladlarım barədə heç nə paylaşmayın. Mən şəxsi İnstaqram səhifəmdə paylaşıram, amma sizə icazə vermirəm. Tələb edirəm, belə hal baş verməsin! Sənət insanı mənəm, mənim barəmdə yazın, amma ailəmə toxunmayın".