Novruz Məmmədov kollektivə təqdim olundu


Digərləri 20 Noy 2019 14:15:00 315 0

Novruz Məmmədov kollektivə təqdim olundu

Azərbaycan Dillər Universitetində (ADU) Elmi məsələlər üzrə prorektor Novruz Məmmədov kollektivə təqdim olunub.

Son.az xəbər verir ki, ADU-dan Trend-ə verilən məlumata görə, onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib. Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: "Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə Elmi işlər üzrə prorektor, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor isə Novruz Məmmədov təyin olunub. Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam edəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq".

N.Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: "Yenidən Azərbaycan Dillər Universitetində qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. Azərbaycan Dillər Universitetinin yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacağam".