Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər


Digərləri 20 Noy 2019 12:53:00 315 0

Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi müddətləri dövlət rüsumuna uyğun olaraq dəyişdirilib. Artıq bu icazəni 10 iş günü ərzində də almaq mümkün olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının "Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də dəyişikliklər edilib.

Bu dəyişikliklərə görə, elektron xidmət artıq 23 iş günü ərzində icra edilməyəcək. Bu müddət "Dövlət rüsumu haqqında" qanuna əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq, fərqli olacaq.

İndiyədək mövcud olan reqlamentə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdi.