Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad etdi


Siyasət 20 Noy 2019 13:51:00 361 0

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.