İcma sədri Ankarada səfirlərə Ermənistanın təcavüzü haqda danışıb


Siyasət 20 Noy 2019 13:52:00 312 0

İcma sədri Ankarada səfirlərə Ermənistanın təcavüzü haqda danışıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin xarici ölkələrin səfirləri üçün təşkil etdiyi tədbirdə iştirak edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın təcavüzü və icma haqqında iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankara səfərindən öncə ABŞ-da olub. Orada da Dağlıq Qarabağ və erməni cinayətkarlığı barədə fikir mübadilərləri aparılıb.