İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib


Dünya 20 Noy 2019 13:25:00 239 0

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

İsrail ordusu Suriyada bir neçə məntəqəyə hava zərbələri endirdiyini açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ötən gün İsrail ordusunun mətbuat xidməti Suriya ərazisindən atılan dörd raketi zərərsizləşdirdiklərini bildiriblər. 

"RİA Novosti" agentliyinin əməkdaşı çərşənbə axşamına keçən gecə Dəməşqdə partlayışlar baş verdiyi barədə məlumat verib. Suriya dövlət televiziyası hadisəni şərh edərkən bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt və onun ətrafına edilən hücumların qarşısını alıb.