Göyçayda 2 avtomobil toqquşdu: 4 yaralı var


Digərləri 20 Noy 2019 13:14:00 290 0

Göyçayda 2 avtomobil toqquşdu: 4 yaralı var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.