Sumqayıtda intiharın qarşısı alınıb


Digərləri 20 Noy 2019 13:15:00 303 0

Sumqayıtda intiharın qarşısı alınıb

Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib.

Bakı. Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​ (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin