Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub


Digərləri 20 Noy 2019 13:02:00 259 0

Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 702 doğulan körpə qeydə alınıb.

Bakı. Elçin Mehdiyev – Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 702 doğulan körpə qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalır. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır. (adsgarden = window.adsgarden || []).push({}); 2019-cu ilin doqquz ayında ölkədə 42 017 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə düşüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin