Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq


İqtisadiyyat 20 Noy 2019 12:22:37 292 0

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır.

Bu barədə "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

"HazırdaBakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara hərəkət edən avtobuslara onlayn rejimdə biler satışı həyata keçirilir. Gələcəkdə əks istiqamətdə də internetlə bilet almaq mümkün olacaq", - deyə o, qeyd edib.