Zərif sərhədlər: İranın görün(məy)ən sərhədlərinə baxış


Kriminal 20 Noy 2019 12:30:00 610 0

Zərif sərhədlər: İranın görün(məy)ən sərhədlərinə baxış

YARAT Müasir İncəsənət Mərkəzi

Bakı, Azərbaycan

22 noyabr 2019 -16 fevral 2020

YARAT Müasir İncəsənət Məkanı Sizi 22 noyabr 2019 - 16 fevral 2020-ci il tarixlərində keçiriləcək "Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış" qrup sərgisinə dəvət edir. Ekspozisiya bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə ərsəyə gətirdiyi əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altına qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.

Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir.

Sərginin adı professor Firuzə Kaşani-Sabetin "Zərif sərhədlər: Qacar İranının azalan əraziləri" adlı essesinin başlığından götürülüb. Burada sərhədlər iki tipə bölünür: "literal" (və ya hərfi), yəni fiziki və metaforik, yəni, "mədəni" bölgü. YARAT-da nümayiş olunan sərgi, yaxın mədəniyyətlərin qeyri-zorakı bölgüsünü işıqlandırır. Belə bölgü, sakit demarkasiya adlanır və kollektiv şüurun köklərini pozur, bu mədəniyyətlərin konstruktiv dialoquna mane olur və onların ümumi tarixi, inancı və mədəniyyətini rədd edir.