Bakıda xalasıgilə gedən 21 yaşlı qız itdi - Rusiyada tapıldı


Digərləri 20 Noy 2019 11:42:00 222 0

Bakıda xalasıgilə gedən 21 yaşlı qız itdi - Rusiyada tapıldı

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətova Rusiya Federasiyasına gedib.

Bakı. Samir Əli - Bakıda itkin düşən qız tapılıb. Trend-in məlumatına görə, 1998-ci il təvəllüdlü Hümbətova Elnarə Elxan qızı oktyabrın 27-də Bakının Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan xalasının evinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətova Rusiya Federasiyasına gedib. (adsgarden = window.adsgarden || []).push({}); Araşdırmalar davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin