Əfqanıstanda helikopter qəzaya uğrayıb, 2 ABŞ hərbçisi ölüb


Dünya 20 Noy 2019 10:44:29 280 0

Əfqanıstanda helikopter qəzaya uğrayıb, 2 ABŞ hərbçisi ölüb

Qəzanın dəqiq səbəbləri istintaqdan sonra müəyyən ediləcək, lakin ilkin hesabata görə, helikopterin qəzaya uğramasına "düşmən atəşi"nin səbəb olması barədə heç bir dəlil yoxdur

Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 2 ABŞ hərbçisi ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, qəzanın dəqiq səbəbləri istintaqdan sonra müəyyən ediləcək, lakin ilkin hesabata görə, helikopterin qəzaya uğramasına "düşmən atəşi"nin səbəb olması barədə heç bir dəlil yoxdur.